Türkiyədə əşirət toyu hədiyyələrin böyüklüyü ilə gündəmə düşüb.
Lent.az xəbər verir ki, toy mərasimi Şanlıurfa şəhərində baş tutub. İzol və Özdiker ailələrinin toyuna minlərlə insan qatılıb. Toyun aparıcısı müğənni Alişan olub.
Məlumata görə, məclisə gələnlər bəy-gəlinin başına toplaşaraq, çoxlu pul saçıblar. Hətta iş o yerə çatıb ki, dolları qurtaranlar türk lirəsini dollara dəyişərək, pul saçmağa davam ediblər.
Bundan əlavə, əsas məsələ gəlinə verilən hədiyyələr olub. Belə ki, qonaqlar gəlin Aslı Özdikerə 4 kilo ağırlığında bilərziklər, cümhuriyyət qızılları, qızıl kəmər, boyunbağı və s. taxıblar. Toyda oynamağa qalxan gəlin qızılların ağırlığından onları daşıya bilməyib və dərhal yerinə oturub.