Hindistanın Çhattisqarh ştatının Korba şəhəri yaxınlığındakı kəndə fil sürüsü bir yaşlı fili öldürən insanlardan qisas almaq üçün gəlib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kəndlərdən birinə girən 44 fil mal-qara otaran Pitavar Sinqhı tapdalayıb. Nəticədə kişi ölüb. Bundan əlavə, iki gün ərzində sürü doqquz hektara yaxın əkin sahəsinə ziyan vurub.
Fermada yerli hakimiyyət orqanları basdırılmış və yarpaqlarla örtülmüş fil balasının cəsədini tapıblar. Ferma sahibi həbs edilib. Onun fil balasının öldürülməsində birbaşa iştirak edib-etmədiyi məlum deyil.
“Şübhəsiz ki, sürü körpə fili öldürən adama qarşı cəza tədbiri görüb. İntiqam almaq üçün onu və ya yaxınlıqdakı insanları axtarırdılar", - vəkil və Asiya Fili Xeyriyyə Fondunun təsisçisi Dunkan MakNeyr deyib.
MakNeyr fillərin inanılmaz dərəcədə ağıllı olduğunu və yaxşı yaddaa sahib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hadisə fillərdə gənc nəsli qorumaq instinkti və sürünün digər üzvlərinə qarşı sədaqət inkişaf etdirdiyini göstərir.