Ankaranın Haymana rayonundakı fermada heyrətamiz hadisə baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yumurtadan 4 ayaqlı cücə çıxıb.
Təsərrüfat sahibi ilk dəfə belə halla qarşılaşdıqlarını bildirib. Dördayaqlı cücə ferma sahibini və görənləri şoka salıb.
“Belə bir hadisə ilk dəfə başımıza gəldi” - həmin şəxs bildirib.
Cücənin də digərləri kimi aktiv olduğunu deyən təsərrüfat sahibi ilk dəfə belə bir vəziyyətlə qarşılaşdıqlarını və bununla ayrıca məşğul olduqlarını bildirib. İndi təxminən 10 gündür. O, normal həyatına davam edir və heç bir problem yaşamır.