Bir çox insanlar küçə paltarlarını qapalı yerlərdə geyinməməli olduğuna inanırlar. Məhz bu səbəbdən evə girən kimi dərhal paltar dəyişməyə qaçırlar.
Bəs, bu prosedur həqiqətən mikroblardan və digər problemlərdən qoruyurmu?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər evdə küçə paltarı geyinməyin mümkün olub-olmadığını bildiriblər.
Onların izah etdiyi kimi, evə qayıdarkən paltar dəyişdirmək əvəzinə əllərinizi yumaq infeksiyalardan qorunmaq üçün daha təsirli bir üsuldur. Cins şalvar və ya köynəklərdə qalan mikroblar adətən zərərsizdir.
Mütəxəssislər xatırladıblar ki, insanın gün ərzində olduğu yerlərdən çox şey asılıdır. Məsələn, metroda mikroblar ən çox paltarda toplanır. Buna görə ictimai yerlərdə geyindiyiniz paltarları həftədə ən azı bir dəfə yumaq lazımdır.
Bundan əlavə, həkimlər qeyd ediblər ki, belə əşyalar parçanın nəzərdə tutulduğu ən isti suda yuyulmalıdır.