Evdə pişiyi, iti ilə yatanlara  XƏBƏRDARLIQ
05 dekabr 2021 17:07 (UTC +04:00)

Evdə pişiyi, iti ilə yatanlara XƏBƏRDARLIQ

Hər bir kəs ev heyvanı yanında yuxuya getməklə nə qədər xoşbəxt olduğunu qəbul edir. Bu o deməkdir ki, o, sevir, güvənir. Amma insan sağlamlığı üçün çoxlu üstünlükləri yoxdur.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər ev heyvanları ilə eyni yataqda yatanlar üçün hansı nəticələrə hazır olmaq lazım olduğunu söyləyiblər.

Əmin olun ki, sevimli "Vaska"nızı yorğan altından atmaq üçün kifayət qədər səbəb var. Sən demə, bu zaman insanın yuxu keyfiyyəti nəzərəçarpacaq dərəcədə pisləşir.

 Heyvanlar hərəkət edə, səs şıxarar və yuxunu poza bilər.

“İtlər və pişiklər qeyri-sabit yatır və istər-istəməz ayağa qalxıb çarpayıda yeriyir, insanların üstünə basırlar. Bütün bu fəaliyyət yuxunun pozulmasına səbəb olacaq”, - Con Hopkins Universitetinin tibb kafedrasının professoru və yuxu araşdırması üzrə direktoru belə deyir.

Nəticələr olduqca ciddi ola bilər. Yuxu çatışmazlığı diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi, koronar arteriya xəstəliyi və piylənmə ilə əlaqələndirilir. Bundan əlavə, zəif yuxunun immuniteti aşağı saldığını təsdiqləyən araşdırmalar var.
 
Ən maraqlısı isə odur ki, ev heyvanlarının sahibləri sağlamlıqlarının niyə pisləşdiyindən şübhələnməyə bilərlər.

2017-ci ildə aparılan bir araşdırmaya görə, sahiblərin yarısından çoxu heyvanları ilə yatır və yalnız beşdə biri bunun yuxularının keyfiyyətinə təsir etdiyini qeyd edir.

Qeyd etmək lazımdır ki, söhbət sahiblərinin tüklü və bığlı ev heyvanlarını öz çarpayılarında yatdırmalarından gedir.
 
Mənzildə olan ev heyvanı yuxunun dərinliyinə təsir etmir. Əlbəttə, gecənin ortasında pişik qəfildən divarlar arasında qaçmağa qərar verdiyi nadir hallar istisna olmaqla. 2017-ci ildə başqa bir araşdırmada mütəxəssislər it sahiblərinin və onların ev heyvanlarının yuxu keyfiyyətini qiymətləndiriblər. Onlar eyni otaqda olanda göstəricilər yüksək idi, lakin itlər çarpayıya qalxan kimi yuxu aralıq və dayaz olur.

Ancaq bu vəziyyətdə kiçik bir müsbət məqam var. Şimali Amerika Baytarlıq Cəmiyyətinin baş həkimi Dana Varbl deyib ki, ev heyvanları ilə yatmaq heyvanla güclü inamlı münasibət yaradır. Düzdür, hələ də bunun üçün sağlamlığınızı riskə atmağa dəyib-dəymədiyini düşünməlisiniz.

“Bu, onlar tərəfindən böyük etimad nümayişidir. Sahibləri ilə daha sıx əlaqə saxlayan itlər və pişiklər xoşbəxtlik hormonları olan oksitosin və dopamin kimi daha faydalı neyromediatorlar buraxdıqları üçün sağlamlıq üçün əlavə faydalar əldə edirlər”, - Dana Varbl vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Oxşar yazılar