Epşteyn qalmaqalı  böyüyür: Nazirlik onları tələsik sildi
02 fevral 2026 19:59 (UTC +04:00)

Epşteyn qalmaqalı böyüyür: Nazirlik onları tələsik sildi

1

ABŞ-da yetkinlik yaşına çatmayan qızlara cinsi istismar və fahişəlik şəbəkəsi idarə etmək ittihamı ilə həbs olunaraq mühakimə olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlərdə, xüsusən də yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, 43 qurbanın adı açıqlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın ədliyyə nazirinin müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlandığını söyləməsindən sonra sənədlərdən müxtəlif detallar ortaya çıxıb.

“Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, dünən iş materiallarında olan 47 qurbanın adlarının nəzərdən keçirilməsi nəticəsində bu şəxslərdən 43-nün adlarının senzuradan keçirilmədiyi məlum olub.

Epstein dosyalarında reşit olmayanlar da dahil 43 mağdurun isimlerinin gizlenmediği ortaya çıktı

Bir çox qadının tam adlarının yüzlərlə dəfə qeyd olunduğu sənədlərdə, həmçinin zorakılıq zamanı yetkinlik yaşına çatmayan 20-dən çox qurbanın adları da yer alıb. Bildirilib ki, sənədlərdə tam adlarından əlavə, bəzi qurbanların ev ünvanları da tapılıb.

Epstein dosyalarında reşit olmayanlar da dahil 43 mağdurun isimlerinin gizlenmediği ortaya çıktı

Rəsmilər nazirliyin sənədləri açıqlamazdan əvvəl qurbanların adlarını gizlətmək üçün çalışdığını və bu şəxslərlə bağlı yeni tədbirlər görmək məqsədilə sənədlərin müvəqqəti olaraq gizlədildiyini bildiriblər.

Epstein dosyalarında reşit olmayanlar da dahil 43 mağdurun isimlerinin gizlenmediği ortaya çıktı

Ən kiçiyi 14 yaşında olan, 18 yaşından kiçik onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 2019-cu il avqustun 10-da Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Epstein dosyalarında reşit olmayanlar da dahil 43 mağdurun isimlerinin gizlenmediği ortaya çıktı

Açıqlanan Epşteynin işi sənədlərində şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti El Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyi qənaətinə gəldiklərini açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 300

Oxşar yazılar