Bəzi insanlar əsl düşüncələrin yuxuya getdikdən sonra ortaya çıxdığına inanırlar. Belə halda yuxular psixologiyamız haqqında müəyyən qədər informasiya verə bilər. Hazırkı dövrdə bir çoxları yuxu görən kimi onu ilk “Google”a axtarış verir və mənasını öyrənməyə çalışır. Buna görə də yuxu mütəxəssisləri “Google” axtarışlarını təhlil edərək, yuxuların mənalarını yozmağa çalışıb.
Lent.az bununla bağlı olaraq ən çox görülən yuxuları və onların hansı mənaya gəldiyini təqdim edir:
Yuxuda dişlərin tökülməsi – Ayda 33 700 axtarış
Mütəmadi olaraq “Google”da axtarılan bu yuxu əsasən narahatlıq və ya özünü olduğu yerə aid hiss etməmə kimi mənalar vəd edir.
Yuxuda birini görmək – Ayda 9 min axtarış
Xəyalınızda keçmiş sevgilinizi, müdirinizi və ya yaxın dostunuzu görmək ən çox rast gəlinən yuxular arasındadır. Ancaq narahat olmayın, çünki belə yuxular sizin şüuraltı danışmağınız və köhnə xatirələri gündəmə gətirməyinizlə əlaqəlidir.
Yuxuda hamilə qaldığınızı görmək – Ayda 5900 axtarış
Hamiləlik yuxuları da olduqca yayğındır və həyatınızdakı yeni bir mərhələ ilə bağlı qorxuları ifadə edə bilər. Alternativ olaraq, bu, özünüz və ya yeni ailə quran tanıdığınız biri haqqındakı fikirlərinizə işarədir.
Yuxuda ilan görmək – Ayda 4150 axtarış
Sürünənlərdən qorxursunuzsa, bu, yəqin ki, sizin üçün xoş bir təcrübə olmayacaq. Yuxuda ilan görmək o an nədənsə qorxduğunuz anlamına gəlir.
Yuxuda hörümçək görmək – Ayda 3900 axtarış
Bu yuxular həssas hiss etmə ilə bağlı şüuraltı narahatlığı göstərir. Bu, həm də sizin çaşqınlıq və ya hər hansı məsələdə tələyə düşdüyünüz mənasını da verə bilər.