Dünyanın  ən yaxşı və pis qoxusu
16 mart 2024 19:31 (UTC +04:00)

Dünyanın ən yaxşı və pis qoxusu

Dünya müxtəlif növ iylərlə doludur. Qoxular hər yerdə var: mətbəxdə, işdə və hətta münasibətlərdə. Qoxular xoşagələn və iyrənc olaraq iki hissəyə bölünür. Birincilərə aromatlar, ikincilərə isə üfunət qoxusu deyilir.

Bəs dünyada ən xoş ətir nədir?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç və Britaniya alimləri bu problemi həll etmək qərarına gəliblər.

Onlar tədqiqatlarına dünyanın hər yerindən 235 könüllü cəlb ediblər. Sorğuda hətta qapalı yerli cəmiyyətlərin nümayəndələri də iştirak edib.

Hər zaman olduğu kimi, birincilik vanilə verilib. Dünyada vanilin zərif ətri və populyarlığı burada da rol oynayıb. İkinci yeri butir turşusunun etil efiri tutub. Məlum olub ki, şaftalı qoxusu məhz belədir.

Ən xoşagəlməz qoxu isə heç çürük yumurta belə deyil. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, izovalerik turşu (soya südü, pendir və ya tərli ayaqlar) ən pis qoxu verir. Göründüyü kimi, bu qoxular təbiətdə çürük yumurtalardan daha çox yayılıb.

# 28830
avatar

Fidan İlqar

Oxşar yazılar