Dünyanın ən uzun kirpikli qadını  : İkinci dəfə dünya rekordunu qırdı
14 iyun 2021 19:21 (UTC +04:00)

Dünyanın ən uzun kirpikli qadını : İkinci dəfə dünya rekordunu qırdı

Çinli qadın 21 santimetrlik kirpikləri ilə ikinci dəfə rekordlar kitabına düşdü.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, dünyanın ən uzun kirpiklərinə sahib olan çinli qadın illər əvvəl kirpiklərinin uzunluğu ilə rekord qırmışdı. O yenidən Ginnesin Rekordlar Kitabında öz rekordunu yeniləyə bilib

2017-ci ildə kirpiklərinin uzunluğu 12,4 santimetr olan bu qadın dünyanın ən uzun kirpikli qadını olub. Qadının illər əvvəl rekord qırdığı kirpiklər dodaqlarına qədər uzanırdı. Amma illər keçdikcə böyüməyə davam edən bu kirpiklər təxminən 21 santimetrə çatıb. Kirpiklərini saç kimi qulağının arxasına keçirə bilən qadın, ​​heç vaxt tuş sürtmək məcburiyyətində qalmadığını da bildirir. Onun bu fərqliliyi görənləri də təəccübləndirir.

# 2631
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar