Planetimizi yuyan dünya okeanı dörd hissəyə bölünür: Atlantik, Hind, Sakit okean və Şimal Buzlu. Lakin 2021-ci ildə beşinci okean olan Cənub da tanınıb.
Bəs dünyanın ən qədimi və ən dərini okeanı hansıdır?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, bu göstəricilərdə Sakit okean liderdir.
Araşdırmalar göstərib ki, onun tərkibində təxminən 200 milyon il yaşı olan süxurlar var, ona görə də ən qədimi sayılır. O həm də 163 milyon kvadrat kilometr ərazini əhatə edir və Yer kürəsində olan bütün torpaqları asanlıqla udur.
Alimlər onu da bildiriblər ki, yer qabığında tektonik plitələr hərəkət etdikcə Dünya okeanı tədricən dəyişir, xüsusən də Sakit okean tədricən kiçilir, lakin Atlantik okeanı genişlənir.