Yəqin ki, ömrünüzdə bir dəfə qarğa görməmiş olmarsınız. Ancaq az adam bilir ki, hər gördüyümüz qarğa eyni növlərin nümayəndələri deyil. Tamamilə ayrı quşlardır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki. dünyada çoxlu sayda qarğa növləri var.
Onların arasında tanış adi qarğa və Başlıqlı qarğa, həmçinin ekzotik Parlaq və Havay qarğası var.
Qarğa ailəsinin ən böyük nümayəndələrindən danışsaq, buradakı liderləri çəkisi yarım kiloqrama və uzunluğu 65 santimetrə qədər çata bilən adi və bürünc qarğa hesab etmək olar.
Qarğalar ailəsinin nümayəndələrinə Antarktida istisna olmaqla, planetimizin demək olar ki, hər yerində rast gəlmək olar. Bu quşların ən çoxu Avrasiya və Cənubi Amerikada yaşayır.
Amerikada isə Şimalda, yəni Minnesota ştatının Belqreyv şəhərində planetin ən böyük qarğasını - daha doğrusu, ölçüsü 5,5 metrə çatan qarğa abidəsini görə bilərsiniz.
Bu heykəl 1988-ci ildə FAST tərəfindən yaradılıb. İçərisində metal çərçivə var və qarğa rəngini təbii şəkildə göstərmək üçün avtomobil boyasından istifadə edilib. Pyedestalın içərisində qarğalar və Belqrav şəhəri haqqında çoxlu maraqlı şeylər öyrənə biləcəyiniz bir muzey var.