Anna və Martin cütlüyü heyranedici boyu ilə məşhurlaşıblar. Nəhəng qadın Anna Bates və əri Martinin dünyaya gələn övladları ilə gündəmə gəliblər.
Lent.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.
Boyu 241,3 sm olan Anna 19 yanvar 1879-cu ildə cəmi 11 saat yaşayan oğlan uşağı dünyaya gətirib. Qısa ömrünə baxmayaraq, "Babe" adlı uşaq bu gün də davam edən iki rekord qoyub. Həmin körpə tarixdə yeni doğulmuş uşaqlar arasında həm boy, həm də çəki rekordunu qırıb.
O, ABŞ-ın Ohayo ştatının Sevilya şəhərində anadan olanda boyu 71,12 sm, çəkisi isə 9,98 kq idi. Müqayisə üçün qeyd edək ki, yeni doğulmuş uşağının orta boyu 48,2-50,8 sm, çəkisi isə 3,3 kq-dır. Onun həyat yoldaşı Martin van Buren Bates (ABŞ, 1837-1919) uşaqlarını "hər mənada ideal" kimi təsvir edir. O deyib: "Doğuşdan sonra övladımız altı aylıq körpə kimi görünürdü".
Körpənin anası olan qadın təsirli fiziki forması ilə məşhur idi. Anna 6 avqust 1846-cı ildə Kanadada dünyaya gəlib. Onun doğum zamanı çəkisi 8 kq idi. Qadının yetkinlik dövründə boyu 241,3 sm-ə çatıb, hətta boyu 215,16 sm olan türkiyəli Rumeysa Gelginin ən uzun boylu qadınını belə üstələyib.
Anna və Martin adlı cütlük boyları ilə məşhurdurlar və sirk truppalarında həm ayrı-ayrılıqda, həm də birlikdə çıxış edib, uğur qazanaraq özlərini "yaşayan ən uzun cütlük" adlandırıblar. Bu gün də onlar 477,52 sm boyu ilə indiyə qədər ən uzun evli cütlük rekordunu qoruyublar.