Dünyada ilk portağal  harada bitib? – AÇIQLANDI
06 oktyabr 2023 19:07 (UTC +04:00)

Dünyada ilk portağal harada bitib? – AÇIQLANDI

Sitrus meyvələrinin ilk dəfə harada bitdiyini anlamaq üçün tədqiqatçılar dərin genetik analizlər aparıblar.

Lent.az “Science News”a istinadən xəbər verir ki, əvvəllər portağal, limon, mandarin kimi meyvələrinin müxtəlif bölgələrdə, o cümlədən Avstraliyanın şimal-şərqində, Çinin cənubunda və Himalay dağlarının cənub-şərq ətəklərində yarandığı ehtimal edilirdi.

Tədqiqat zamanı mütəxəssislər sitrus bitkilərinin dərin genetik analizini aparıb və ailə ağacı yaradıb. Onlar 15 sitrus növü də daxil olmaqla 314 bu qəbildən olan və əlaqəli bitkilər haqqında məlumatdan istifadə ediblər. Tədqiqatçılar ağacların təbiətdə harada böyüdüyünü öyrənmək üçün çöl araşdırması da aparıb.

Nəticələr göstərib ki, ən qədim sitrus bitkilərinə üçyarpaqlı portağal kimi Çinin cənub-mərkəzində rast gəlinir. Bu, həmin bölgənin sitrus bitkilərinin mənşəyi olduğunu deməyə əsas verir. Nəticədə sitrus cinsinin əcdadlarının təxminən 8 milyon il əvvəl indiki Çinin cənub-mərkəzi ərazisində meydana gəldiyi də müəyyənləşib.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, sitrus meyvələrinin təkamülü geniş olub, pomelo və sitron kimi bəzi növlərin mənşəyi Himalay ətəklərində tapılıb.

Bildirilir ki, sitrus bitkilərinin mənşəyi, eləcə də təkamülünü başa düşmək elm adamlarına quraqlığa və xəstəliyə daha davamlı olan yeni bitki növləri yaratmağa kömək edə bilər. Bu, kənd təsərrüfatı təcrübələrini təkmilləşdirmək və tropik meyvələri il boyu əlçatan etmək üçün mühüm addım ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Sevinc Fərid

Oxşar yazılar