Pişiklər istədikləri yerə girir, çıxır, şagirdlər onları sığallayır.
Lent.az-ın xəbərinə görə, bu metoddan Fransanın Volküz şəhərindəki kiçik bir məktəbdə istifadə edilir.
Pişiklər partaların üstünə çıxır, dərs otaqlarına var gəl edirlər. Uşaqlar da onlarla oynayır.
Pişiklərdən istifadəyə pedaqoji şura qərar verib. Məqsəd şagirdlərin yorğunluğunu çıxarmaq, dərsin stresini azaltmaqdır.