ABŞ-da dələ və quşlar üçün unikal restoran açılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Oak Parkın ev sahibi vəhşi təbiət üçün “Maison de Noix” restoranı açıb.
Restoranın içərisi sincab heykəlcikləri ilə bəzədilib, onlardan birində müxtəlif yeməklər olan bir qab var.
Menyu restoranın girişində yerləşdirilib. Heyvanlara toxum, alma, qoz-fındıq, həmçinin qurudulmuş çörək və pizza qalıqlarını dadmaq təklif olunur.