Daha gec uşaq dünyaya gətirən qadınlar daha çox yaşayırlar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Hollandiyanın Leydan Universitetinin alimləri bildiriblər.
Ən azı bir uşağı təbii yolla doğulmuş və IVF ekstrakorporeal mayalanma olmadan hamilə qalan 50 və daha yuxarı yaşda olan 11 000-dən çox ananın məlumatlarını nəzərdən keçirdikdən sonra elm adamları belə qənaətə gəliblər ki, əslində, uşağın doğulmasına qədər hər əlavə il gözlənilən ömür müddətini 22 gün artırır. Belə ki, 45 yaşından sonra uşaq dünyaya gətirən qadınlar 40 yaşından əvvəl ana olanlara nisbətən orta hesabla 17 ay daha çox yaşayırlar.
Ekspeetlər qeyd edirlər ki, bu nəticə həm qadınların genetik irsiyyəti, həm də həyat tərzi ilə əlaqələndirilə bilər. Uşağın doğum yaşının ananın gözlənilən ömür uzunluğuna necə təsir edə biləcəyini müəyyən edən xüsusi mexanizm hələ qurulmayıb.