Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin İkinci Dünya Müharibəsi zamanı məşhur “Biz çimərliklərdə döyüşəcəyik” çıxışı zamanı istifadə etdiyi protez Britaniyada hərraca çıxarılacaq.
Lent.az BBC-yə istinadən xəbər verir ki, Çörçillin protez dişləri indiyə qədər hərraca çıxarılan ən qeyri-adi əşyalardan hesab edilir.
Hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.
Qızıl çərçivəli protezin qiyməti hazırda 5000-8000 funt sterlinq arasındadır, lakin ekspertlər məşhur Baş nazirin dişlərinin daha baha satılacağına inanırlar. 2010-cu ildə Norfolkda keçirilən hərracda Çörçilin bir digər protezi 15,2 min funta satılıb.