Bir çoxlarının xüsusilə qışda və ya soyuq havalarda corabla yatmaq vərdişi var. Ayaqlar çox asan soyuduğu üçün həll yolu corabla yatmaqdır. Ancaq corablar yatmağın bəzi potensial zərərləri var.
Lent.az sözügedən zərərləri təqdim edir:
Qan dövranı problemləri
Corabla yatmaq qan dövranınıza mənfi təsir göstərə bilər. Xüsusilə dar corablar geyinirsinizsə və ya yatağınızın temperaturu kifayət qədər aşağı deyilsə, ayaqlarınızdakı damarlar daralaraq qan dövranınızı yavaşlada bilər. Bu, əllərinizin və ayaqlarınızın soyumasına və uyuşmasına gətirib çıxarır.
Tərləmə və göbələk infeksiyaları
Corabla yatmaq ayaqlarınızın tərləməsinə səbəb olur. Bu, ayaqlarınızın nəmli qalmasına və göbələk infeksiyalarına meylliyi artırır. Bundan əlavə, göbələk infeksiyaları ayağın sağlamlığına ciddi təsir göstərə bilər.
Yuxusuzluq
Temperaturun tənzimlənməsi vücudunuzun yuxuya getməsini asanlaşdırır. Ancaq çox isti və ya soyuq bir mühitdə yatmaq yuxu rejiminizi poza bilər. Corabla yatmaq ayaqlarınızı çox isti saxlayır, bu da bədən istiliyinizi aşağı salır və yuxuya getməyinizi çətinləşdirir.
Diskomfort
Bəzi insanları corabla yatmaq narahat edir. Ayaqlarınızın nəfəs almasına mane olmaq ümumi yuxu keyfiyyətini azaldır və gecə boyu narahatlıq yaradır.