Cinsi istəyi  artırmaq üçün   ən yaxşı qidalar
31 oktyabr 2023 19:58 (UTC +04:00)

Cinsi istəyi artırmaq üçün ən yaxşı qidalar

Dietoloqlar  Kler Tornton-Vud və Eyslinq Piqott cinsi istəyi artırmaq üçün rasiona daxil edilməli olan qidaları açıqlayıblar.
 
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tornton-Vud  ehtirası artırmaq üçün ən yaxşı qidalar olaraq qızılbalıq, tuna, avokado, zeytun yağı və toxumlu məhsulları qeyd edib.

Onun sözlərinə görə,, bu qidalarda omeqa-3 kimi monodoymuş və çoxlu doymamış yağlar var ki, bu da cinsi hormon testosteronun səviyyəsini artırmağa kömək edir. "Omeqa-3-lərin adekvat qəbulu ürək-damar sağlamlığı və yaxşı qan axını ilə əlaqələndirilir ki, bu da cinsi oyanma üçün vacibdir", - dietoloq vurğulayıb.
 
Onun həmkarı Piqott qadın ehtirasını artırmaq üçün alma yeməyi məsləhət görüb. Onun sözlərinə görə, meyvələrin qadın reproduktiv sisteminə nə üçün faydalı təsir göstərdiyi dəqiq məlum deyil, bu, yəqin ki, tərkibindəki polifenollarla və antioksidantlarla bağlıdır.

"731 qadın üzərində aparılan bir araşdırma, altı ay ərzində hər gün bir alma yeməyin oyanma və məmnunluq daxil olmaqla, cinsi performansı yaxşılaşdırdığını göstərdi", - Piqott deyib.

Dietoloq qeyd edib ki, qadın seksuallığı üçün təkcə alma faydalı deyil. O əlavə edib ki, rasionunuza daha çox tərəvəz, meyvə və paxlalılar əlavə etməklə cinsi həyatınızı yaxşılaşdıra bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8943
avatar

Oxşar yazılar

Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09
Bu göldə kim çimirsə dönüb sarışın olur

Bu göldə kim çimirsə dönüb sarışın olur

12 dekabr 2024 , 12:04
Hər bürcün həyatında  ən əlamətdar   illər

Hər bürcün həyatında ən əlamətdar illər

12 dekabr 2024 , 09:09