Çinli bir kişi tez-tez burnunu qurdaladığı üçün infeksiyaya yoluxub.
Lent.az xəbər verir ki, Zeng adlı 33 yaşlı kişi burnunu eşmək vərdişinə görə xəstəxanaya düşüb. Onun üst dodağında və yanaqlarında iltihab yaranıb. Bir neçə gün sonra vəziyyəti pisləşib. Hətta gözünü aça bilməyib.
Çinli xəstəxanaya müraciət edib. Orada həkimlər onun bədənində düzgün müalicə edilmədən təhlükəli fəsadlara səbəb ola biləcək bakterial infeksiyanın olduğunu təsdiqləyiblər. Həkimlər bildirib ki, Zenq barmağı ilə burun mukozasını zədələyib və bu da infeksiyaya səbəb olub.
Bir həftəlik müalicə kursundan sonra kişinin vəziyyəti normallaşıb.