Çinlilərin istehsal edib, dünya bazarlarına çıxardıqları heyrətamiz məhsullar sırasına biri də əlavə olunub.
Lent.az-ın xəbərinə görə, bu dəfə onlar sidiklə işləyən lampa icad ediblər.
Əsasən fövqəladə vəziyyətə düşənlər, hərbiçilər üçün nəzərdə tutulmuş bu lampalar insan və heyvan sidiyi ilə çalışır. Plastik torbanın içərisinə 150 qram sidik doldurub, 15 dəqiqə gözlədikdən sonra plastik torba ətrafı işıqlandırmağa başlayır. O bu vəziyyətdə 120 saat dayanmadan işləyə bilir.
Qiyməti də baha deyil. Çindən sifariş versəniz, onu 15 manata qapınızda təslim ala bilərsiniz.
Qeyd edək ki, çinlilər bir müddət öncə dəniz suyu ilə işləyən elektrik lampaları da icad etmişdilər.