Bu yerlərdə ən çox qadınlar yıxılıb xəsarət alır  - ARAŞDIRMA
12 fevral 2024 18:42 (UTC +04:00)

Bu yerlərdə ən çox qadınlar yıxılıb xəsarət alır - ARAŞDIRMA

ABŞ-ın Purdue Universitetinin alimləri müəyyən ediblər ki, qadınlar kişilərə nisbətən pilləkənlərdən yıxılmağa daha çox məruz qalırlar. Belə ki, zərərçəkənlərin təxminən 80%-ni onlar təşkil edir. Araşdırmanın nəticələri PLOS ONE jurnalında dərc olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlər videomüşahidə vasitəsilə təxminən 2400 nəfərin pilləkənlərlə qalxıb-enərkən hərəkətlərini qeydə alıblar. Ümumilikdə çəkilişlər bir neçə ay davam edib. Video çəkilişlərin təhlili göstərib ki, yıxılmaların əksəriyyəti diqqətsizlik və riskli davranış nəticəsində baş verir.

Tədqiqatçılar bu cür davranışın bir neçə növünü müəyyən ediblər. Bura ayağının altına baxmamaq, tutacaqlardan istifadə etməmək, hündürdaban ayaqqabı geyinmək, əlləri çanta və digər əşyalarla məşğul etmək, telefondan istifadə etmək, pilləkənlərdən tullanmaq və əlləri cibə salmaq daxildir.

Qeyd olunur ki, kişilər pilləkənlərdən tullanır və ayaqlarının altına baxmırlar. Qadınlar tez-tez məhəccərlərdən yapışmır, qadcetlərdən istifadə etmir və əlləri dolu pilləkənlərlə aşağı-yuxarı hərəkət etmirlər.

Mütəxəssislər hesablayıblar ki, 80% hallarda nərdivandan yıxılan qadınlar xəsarət alır. Çox güman ki, bu, eyni anda bir neçə işi yerinə yetirmək istəyi və bu səbəbdən diqqətin dağılması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Oxşar yazılar