Saturn Günəş sisteminin ikinci ən böyük planetidir.
Lent.az-ın xəbərinə görə, Saturn o qədər böyükdür ki, hətta kiçik bir teleskopla da görünə bilər. Onun 60-dan çox peyki var, dəqiq sayı isə hələ məlum deyil. “Titan” adlanan ən böyük peyk Pluton və Merkuri planetlərindən daha böyükdür. O, Günəş sistemindəki ikinci ən böyük peykdir.
Saturnun diametri 120 min kilometrdir və kütləsi Yerdən 95 dəfə ağırdır. Onun bir günü cəmi 10 saat 14 dəqiqədir, lakin bu planetdə 1 il Yerin 30 ilidir.Planetin məşhur halqaları 1610-cu ildə astronomlar tərəfindən kəşf edilib. Halqalar diametri bir neçə millimetrdən on metrə qədər olan buz hissəciklərindən ibarətdir. Saturnun halqalarının diametri 250 min kilometr, qalınlığı isə bir kilometrdən azdır.
1979-cu ildə ABŞ-ın “Pioner-11” avtomatik planetlərarası stansiyası tarixdə ilk dəfə Saturn yaxınlığında uçub. Planetdə küləyin sürəti saatda 1800 kilometrə çatır. Buna planetin yüksək fırlanma sürəti və qeyri-sabit atmosferi səbəb olur.