Alman doqu cinsinə aid itlər böyük ölçülərinə görə seçilir. Onların bəziləri ölçü və çəkidə rekordsmendir.
Lent.az-ın xəbərinə görə, bu cinsin ən böyük iti olan Freddinin boyu 1,03 metr olub.
Pəncəsi üstə qalxarkən itin hündürlüyü 2,3 metrə çatırdı. Sahibinin dediyinə görə, it hələ balaca ikən 23 divanı sıradan çıxarıb. Bir neçə ay əvvəl ölsə də, hələ ki, ölçülərinə görə bu iti üstələyən olmayıb.