Hər insan başqalarının fikrindən asılı olmadığını qürurla iddia edə bilməz. Yalnız bir neçə şəxs var ki, bu qabiliyyətə malikdir. Lakin ekspertlər deyir ki, hər kəs zamanla bu istedada yiyələnə bilər.
Hansı insanlar başqalarının fikrindən asılı deyil?
Lent.az xarici KİV-ə istinadən həmin insanların xüsusiyyətlərini sadalayır:
Yüksək IQ-ya malik insan
Ağıllı insanlar başa düşürlər ki, hamını razı sala bilməzlər və bunda heç bir bədbəxtlik, faciə yoxdur. Hər kəsin razılaşa bilməyəcəyi öz üstünlükləri və fikirləri var. Əgər kimsə incəlik və tərbiyəni unutdusa, özünüzü daha pis hiss etməməlisiniz. Əsas odur ki, sən necə hiss edirsən.
Sağlam özünə hörməti olan bir insan
Özünə hörməti olan insanlar özləri haqqında hər şeyi başa düşürlər: həm güclü, həm də zəif tərəflərini tanıyırlar. Bu vəziyyətdə əsas seçim meyarı şəxsi rəydir. Belə insanlar başqalarına və onların reaksiyalarına arxalanmağa öyrəşmirlər.
Mənfi sosial təcrübələri olan bir insan
Dostlarınız sizə xəyanət edibsə və ya bəzi insanlar sizi manipulyasiya etməyə çalışıbsa, zaman keçdikcə heç kəsə etibar etməməyə başlayırsınız. Sizə elə gəlir ki, hər sözün gizli mənası var.