Bu gün   güclü maqnit qasırğası olacaq –  DİQQƏTLİ OLUN
06 mart 2023 16:45 (UTC +04:00)

Bu gün güclü maqnit qasırğası olacaq – DİQQƏTLİ OLUN

Mart ayında Yer kürəsində bir neçə maqnit qasırğası baş verəcək. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunların ən güclüsü martın 6-sı və 19-da gözlənilir.

Məlumata görə, artıq onlarla insan birinci qasırğanı hiss edir. 

Bu səbəbdən bəzi insanlar sağlamlıqlarında pisləşmə, yuxu pozğunluğu, əsəbilik hiss edə bilərlər. Ona görə bu gün sağlamlığınızın qeydinə qalmalı və stressdən mümkün qədər uzaq olmaq vacibdir.

Qeyd edək ki, maqnit qasırğaları Yerin geomaqnit sahəsindəki dəyişikliklər hesab olunur və onlar müxtəlif gücə malikdir. Həmçinin, bu qasırğalar bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. 

Maqnit qasırğalarının vəziyyətinizə mənfi təsir göstərməməsi üçün belə günlərdə stress və ağır yüklərdən qaçınmalısınız. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Həkimlərin məsləhətinə görə, bunların əvəzinə daha çox tərəvəz və meyvə yeyin. Qəhvə, siqaret və spirtdən imtina edin.

Otağı mütəmadi olaraq havalandırın və təmiz havada gəzin. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3825
avatar

Sevinc Fərid

Oxşar yazılar