Elmi adı Xylaria polymorpha olan bu bitkiyə insanlar “Ölü adamın barmaqları” adını veriblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Avropa və Şimali Amerika meşələrində bitən bu bitkini ilk görənlərin çoxu çaşıb polis çağırır. Çünki bu göbələk növü yerdən insan əli formasında çıxır. Ölü insanın əlləri kimi qəribə rənglərə bürünür. O, bioloqlardan çox polislərə tanışdır. Çünki yanlışlıqla “meşədə meyit var” zəngləri gəlir, gedib gördükləri isə meyit yox, göbələk olur.
Bu göbələyin bəzi növləri insan ayağı və kişi cinsi orqanları formasında bitir.
Yüksək qidalılıq keyfiyyətinə malik olsa da, insanlar çox zaman qəribə görkəminə görə onu yemək istəmirlər.