Bolqarıstandan deyil: Bolqar bibəri  niyə bu cür adlandırılıb?
13 fevral 2026 16:50 (UTC +04:00)

Bolqarıstandan deyil: Bolqar bibəri niyə bu cür adlandırılıb?

0

Bir çox insan şirin bibəri mətbəxdə istifadə edir, lakin əksəriyyət bolqar bibərinin niyə məhz belə adlandığını bilmir. Ən məntiqli ehtimal odur ki, bu tərəvəz Bolqarıstandan gəlib. Amma əslində günəşli kurort ölkəsinin bu məşhur tərəvəzin mənşəyi ilə birbaşa əlaqəsi yoxdur.

Lent.az bibərin belə adlanmasının səbəblərini təqdim edir:

Bolqar bibəri niyə belə adlanır?

Əvvəlcə bitkinin haradan gəldiyinə baxaq. Bir çox digər tərəvəzlər kimi, şirin bibər də Avropaya Cənubi Amerikadan gətirilib. Məhz orada meyvələri ilk dəfə qitəni kəşf edən ispan dənizçiləri aşkar ediblər.

Səyyahlar “yeniliyi” vətənlərinə aparıb və orada becərməyə başlayıblar. Beləliklə, artıq XVII əsrdən etibarən bu bitki bir çox Avropa ölkələrində yayılıb və xüsusilə cənub bölgələrində uğurla yetişdirilib. Lakin azərbaycanlılar və ümumilikdə şərqi Avropa xalqları onu dərhal mətbəxlərinə daxil etməyiblər. İqlim şəraiti açıq torpaqda bibər yetişdirmək üçün uyğun olmadığından, bu tərəvəz uzun müddət ekzotik məhsul hesab olunub.

XX əsrdə Azərbaycanda və SSRİ-nin digər respublikalarına bu tərəvəz əsasən xaricdən gətirilirdi. Və təbii ki, idxalın böyük hissəsi Bolqarıstandan gəlirdi. Məhz buna görə də sovet vətəndaşları üçün bu məhsul “bolqar bibəri” kimi yadda qalıb. Üstəlik, bolqar seleksiyaçıları bu bitkinin bir neçə dəyərli sortunu da yetişdiriblər.

Maraqlıdır ki, “bolqar bibəri” ifadəsi yalnız postsovet ölkələrində işlədilir. Bolqarıstanın özündə bu tərəvəz “piper” və ya “çuşki” adlanır.

Avropanın digər ölkələrində isə ona adətən “paprika”, “rəngli bibər” və ya “zəngvari bibər” (bell pepper) deyilir. Sonuncu ad meyvələrin zəng formasına bənzəməsi ilə əlaqələndirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar