Amerikalı milyarder Bill Qeyts təsis etdiyi "Microsoft" korporasiyasında işləyərkən şüurlu şəkildə az yatdığını, çünki bunu tənbəllik əlaməti hesab etdiyini etiraf edib.
Lent.az xəbər verir ki, o, bu barədə "Unconfuse Me" podkastının yeni buraxılışında danışıb.
Biznesmenin dediyinə görə, əvvəllər o, "Microsof"dan olan həmkarları ilə hər gün kimin ən az yatacağı mövzusunda yarışıb. Milyarder 40 yaşında altı saatdan az yatmağa çalışdığını, müəyyən günlərdə isə ardıcıl 96 saata qədər yuxusuz qaldığını xatırlayıb.
Eyni zamanda, onun həmkarları beş saat və ya daha az yatdıqlarını iddia ediblər və bəziləri açıq şəkildə bildiriblər ki, bəzi günlər, ümumiyyətlə yuxusuz qalırlar.
"Və sonra düşünməyə başladım ki, mən də az yatmaq üçün əlimdən gələni etməliyəm, çünki yuxu tənbəlliyin və lazımsız vaxt itkisinin əlamətidir" deyə Geyts bildirib.
O vaxtdan bəri milyarder yuxu ilə bağlı fikrini dəyişib və gündəlik yuxu sürətini ağıllı bilərzik vasitəsilə izləməyə başlayıb. O, indi gecə yeddi ilə səkkiz saat arasında yatmağı hədəflədiyini də açıqlayıb.
“İndi bilirik ki, yaxşı yuxu, hətta yeniyetməlik dövründə də beyin sağlamlığını qorumaq üçün çox vacibdir. Alzheimer də daxil olmaqla istənilən demansda proqnozlaşdırıla bilən amillərdən biri sizin yaxşı yatıb-yaxmamağınızdır”, - Qeyts yekunlaşdırıb.