Bill Qeyts  rus qızlarından   xəstəliyə yoluxubmu? Keçmiş həyat yoldaşının AÇIQLAMALARI
04 fevral 2026 19:46 (UTC +04:00)

Bill Qeyts rus qızlarından xəstəliyə yoluxubmu? Keçmiş həyat yoldaşının AÇIQLAMALARI

0

Adı Epşteynin sənədlərində "rus qızlarından xəstəliyə yoluxan" kimi hallanan Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts bu barədə ilk dəfə danışıb. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Melinda, yeni sənədlərin evlilikdəki "çox ağrılı" anlarını geri qaytardığını və ittihamlarla bağlı sualların ona deyil, keçmiş ərinə ünvanlanmalı olduğunu bildirib.

NPR-in "Wild Card" podkastında çıxış edən Melinda Frenç adı Epşteynin sənədlərində hallanan keçmiş əri Bill Qeyts haqqında təəccüblü açıqlamalar verib. Baş verənlərin onun üçün "son dərəcə ağrılı" olduğunu deyən Melinda, səsini çıxarmalı olanın özü deyil, Bill Qeyts olduğunu vurğulayıb.

Bill ve Melinda Gates çifti boşanacaklarını duyurmadan önce 'mal  paylaşımında' anlaştı - BBC News Türkçe

Verilişdə sualları cavablandıran Melinda bildirib ki, Epşteynlə bağlı davam edən iddialar ona evliliyindəki çətin anları xatırladıb. Qeyts deyib: "Cavabsız suallar nə olursa olsun, onları həmin insanlardan və keçmiş ərimdən soruşmaq lazımdır. Bu məsələlərə görə mən yox, onlar məsuliyyət daşıyırlar".

Epşteynin qurbanları üçün ədalət ümidini ifadə edən Qeyts deyib: "Öz kədərimi kənara qoyub, o gənc qızlara deyirəm: “Tanrım, bu, onların başına necə gələ bilər?” Ümid edirəm ki, bu qadınlar üçün heç olmasa bir ədalət bərqərar olacaq".

Digər tərəfdən, Bill Qeyts iddiaları qətiyyətlə rədd edib. Qeytsin sözçüsünün verdiyi açıqlamada Epşteynin elektron poçtlarındakı iddiaların "absurd və tamamilə əsassız" olduğu iddia edilib. Bəyanatda daha sonra bildirilir ki, bu sənədlər yalnız Epşteynin Qeytslə davamlı münasibət qura bilməməsindən məyusluğunu və onu nüfuzdan salmaq üçün nə qədər irəli gedəcəyini nümayiş etdirir.

Melinda French Gates

Epşteynin keçmiş elektron poçtlarında Bill Qeytsin ondan cinsi yolla keçən xəstəliyi müalicə etmək üçün dərman istədiyi və bunu Qeytsin həyat yoldaşı Melindadan gizli saxlamağa çalışdığı iddiaları yer alır. Epşteyn hətta Qeytsin dərmanı gizlicə Melindaya verməyə çalışdığını da iddia edir.

Bill və Melinda Qeyts 27 illik evlilikdən sonra 2021-ci ildə boşanıblar. Boşanmadan sonra Bill Qeyts “Microsoft”da işləyən bir qadınla münasibətdə olduğunu etiraf edib. ABŞ mediası əvvəllər Melinda Frenç Qeytsin ayrılmadan əvvəl ərinin Epşteynlə təmaslarından narahat olduğunu bildirib. Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında ölü tapılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar