Qışda uzun buludlu günlər insanların əhval-ruhiyyəsini pisləşdirə bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Günəş insanın emosional fonu və zehni fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edə bilər.
Günəş ilk növbədə, serotonin istehsalını təşviq edir. Bu maddə sinir hüceyrələri arasında siqnalları ötürür.
Günəş işığı yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir, çünki serotonin melatoninin xəbərçisidir.
Gün işığı beyinə qan axını yaxşılaşdırır və ümumi məmnunluq hissi gətirir.