Beyin bədəndən kənarda  5 saat canlı qaldı - Unikal təcrübə
02 mart 2024 12:48 (UTC +04:00)

Beyin bədəndən kənarda 5 saat canlı qaldı - Unikal təcrübə

Mürəkkəb və kövrək quruluş olan beyin inanılmaz bir elmi nailiyyətin mövzusu olub. Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin tədqiqatçıları beyni bədəndən kənarda beş saat işlək vəziyyətdə saxlayan qabaqcıl süni nasosdan istifadə edə bilən sistem hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "IFLScience" məlumat yayıb.

Xüsusi cihaz beyni izolyasiya edir və təbii qan dövranını simulyasiya edərək onun fəaliyyətini qoruyur. Ultra dəqiq sistem qanın tərkibini tənzimləyir, onun axınına nəzarət edir, həmçinin təzyiq, həcm, temperatur, oksigenləşmə və qida maddələri kimi müxtəlif parametrləri nəzərə alır. Bu heyrətamiz təcrübəyə məruz qalan donuzların beyin fəaliyyətini izləmək üçün elektrokortikoqrafiya və beyin dərinliyi elektrodlarından istifadə edilib.

Kompüterləşdirilmiş alqoritmə əsaslanan sistem qan dövranının real simulyasiyasını təmin etmək üçün amilləri effektiv şəkildə tənzimləyir. Təcrübənin nəticələri göstərib ki, donuzun beyni fəaliyyətində və ya digər parametrlərində nəzərəçarpacaq dəyişikliklər olmadan beş saat ərzində bədəndən kənarda canlı qalıb.

Bu elmi sıçrayış alimlərə beyni orqanizmdən asılı olmayaraq öyrənmək üçün unikal imkan yaradır, uzun müddət sirr olaraq qalan fizioloji suallara cavab verir. Tədqiqatçılar əmindirlər ki, bu sistem digər fizioloji amillərin təsirindən yan keçərək beynin müxtəlif aspektlərinin fəaliyyətini anlamağa kömək edəcək.

Yaradılan sistem fundamental tədqiqatlarla yanaşı, süni qan dövranı sistemi kimi də maraq doğurur. Bu, ürək əməliyyatı və orqan transplantasiyası zamanı cihazın istifadəsi üçün perspektivlər açır. Patentli cihaz artıq elmi ictimaiyyətin marağına səbəb olub və tibbi texnologiya sahəsində mühüm addım ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3555
avatar

Fidan İlqar

Oxşar yazılar