Çində kişi 5 dəqiqə ərzində iki dəfə ildırım vursa da, sağ qalıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir insanı ömür boyu ildırım vurma şansı təxminən 15.300-də 1-dir. Çində isə bir vətəndaşı heyrətamiz bir təsadüf nəticəsində 5 dəqiqə ərzində iki dəfə ildırım vurub, amma ölməyib.
Liu Nanya adlı şəxs keçən ay tufan zamanı Çində yerləşən "Zunyi"dəki evində idi. Bu zaman o, ağ işıq görüb, az sonra huşunu itirib. Özünə gələndə onu ildırım vurduğunu anlayanda hər şey yenidən təkrarlanıb.
Xoşbəxtlikdən kişi ikinci dəfə də oyanıb. Bu baş verəndə o, qorxaraq yerdə uzanan arvadını və uşaqlarını görüb. Liu nə baş verdiyini anlayıb və dərhal təcili yardım çağırıb. Həkimlər onu iki dəfə ildırım vurduğunu təsdiqləyiblər. Kişi ayaqları, kürəyi və omba nahiyəsindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb.