Astroloqların fikrincə, bazar ertəsi doğulan insanlar Ayın təsiri altında formalaşır. Bu gün ay enerjisi ilə əlaqələndirilir və həmin gündə dünyaya gələnlərin xarakterində emosional dərinlik, güclü intuisiya və ailə dəyərlərinə bağlılıq ön plana çıxır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, astroloqların sözlərinə görə, ay insanın instinktlərinə, daxili hisslərinə və qayğı göstərmək qabiliyyətinə təsir edir. Buna görə də bazar ertəsi doğulanlar emosional baxımdan həssas və anlayışlı olurlar.
Emosional zəka və münasibətlərə bağlılıq
Bu insanlar adətən başqalarının hisslərini incə şəkildə duyurlar, münasibətlərə böyük önəm verirlər və ətrafdakılara təhlükəsizlik və rahatlıq hissi bəxş edirlər
Onlar dərhal açılmırlar. Əvvəlcə müşahidə edir, qarşı tərəfi tanıyır və yalnız etibar formalaşdıqdan sonra daxili aləmlərini göstərirlər. Sevgiləri dərin və səmimidir, lakin bəzən yaxınlarına həddindən artıq qayğı göstərmək meyli ola bilər.
Bu tip insanlar üçün sərhədlər qoymağı öyrənmək vacibdir. Əks halda, öz emosional enerjilərini həddindən artıq sərf edə bilərlər.
Ruhun missiyası
Astroloji yanaşmaya görə, bazar ertəsi doğulanların missiyası insanları birləşdirmək, ailə bağlarını möhkəmləndirmək və emosional dəstək verməkdir. Onlar çox vaxt psixoloq rolunda çıxış edirlər, mübahisələrdə vasitəçi olurlar, başqalarına sakitlik və güvən hissi aşılayırlar
Onların yüksək emosional zəkası münasibətlərdə harmoniyanı qorumağa kömək edir.
Daxili balansı qorumaq
Bu insanlar üçün əsas dərs öz bədənlərinin və hisslərinin siqnallarına etibar etməyi öyrənməkdir. Keçmiş təcrübələrin təsirini indiki münasibətlərə proyeksiya etməmək və şəxsi sərhədləri qorumaq onların daxili gücünü daha da artırır.
Astroloqlar hesab edirlər ki, bazar ertəsi doğulanların ruhsal vəzifəsi ilham vermək, sakitləşdirmək və başqalarına dayaq olmaqdır. Onlar Ayın işığını öz xarakterlərində daşıyan və ətrafına emosional istilik bəxş edən insanlardır.