Əllərimiz xarakterimizdən xəbər verir. Baş barmağınızı şəkildəki kimi qaldırın. Düz qalxır, yoxsa bir qədər geriyə əyilir? Suala cavab verin, özünüzdən xəbəriniz olsun.
Lent.az növbəti şəxsiyyət testini təqdim edir.
Düz baş barmaq formasını seçdinizsə...
İnadkar və dominant bir xarakterə sahibsiniz. Analiz və müşahidə qabiliyyətiniz çox inkişaf etmiş ola bilər. Əgər siz şüurlu şəkildə razılaşmasanız, başqalarının sizdən istifadə etməsi demək olar ki, qeyri-mümkündü. Hər zaman təhlükəyə hazır olan insansınızDigər tərəfdən, sərt görünüşünüz olsa da, ürəyinizdə mehriban və isti birisiniz. Cəsur və etibarlı , amma sərt lider ola bilərsiniz.
Siz əyri baş barmaq formasını seçdinizsə...
Emosional və hamı ilə harmoniyada olan bir insansınız. Empatiya bacarıqlarınız həddindən artıq inkişaf edib. Sosial mühitlərdə asanlıqla söhbətə başlaya bilir, başqalarına maraqlı təsir buraxırsınız. İnkişaf etmiş bir təxəyyülünüz var.
Bundan əlavə, bir çox məsələlərin həllində çevik və praktiksiniz. Siz bir komandaya liderlik etsəniz hamıya sevgi və hörmətlə yanaşacaqsınız.