Slovakiyada hərəkətdə olan avtomobilin sükanı arxasında əyləşən it kameralara yaxalanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sürətli axtarışdan sonra polis itin sahibini tapıb və ona cərimə yazıb. O, itinin saatda 84 mil sürətlə maşın sürməyini maraqlı şəkildə izah edib.
Onun sözlərinə görə, iti birdən-birə oturacaqdan onun qucağına tullanıb.
“Mən bilmədim. Hər şey bir anda oldu. Qucağıma heç uyğun olmayan anda tullandı”, - itin sahibi bildirib. Amma təbii ki, polislər bu arqumentə inanmayıb və ona cərimə yazıblar.
Qeyd edək ki, itin sükan arxasındakı şəkli sosial şəbəkələrdə viral olub.