Avropa dünyanın ən sürətli mülki təyyarəsi olan “Global 8000”i  təsdiqlədi
28 yanvar 2026 06:33 (UTC +04:00)

Avropa dünyanın ən sürətli mülki təyyarəsi olan “Global 8000”i təsdiqlədi

0

Dünyanın ən sürətli mülki aviasiya təyyarəsi adını daşıyan “Bombardier Global 8000” biznes təyyarəsi Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən sertifikatlaşdırılıb.

Lent.az xəbər verir ki, 0.95 mak (1170 km/saat) maksimum sürəti ilə təyyarə əfsanəvi “Concorde”dan bəri istehsal edilən ən sürətli mülki təyyarə kimi tarixə düşüb.

Sinifində lider olan təyyarə 8000 dəniz mili məsafəsi təklif edir və şəhərlər arasında fasiləsiz və uzun məsafəli uçuşlar təmin edir.

Qabaqcıl “Smooth Flex Wing” texnologiyası ilə təchiz olunmuş Global 8000, böyük ölçüsünə baxmayaraq, yüngül reaktivlə müqayisə edilə bilən üstün uçuş və eniş performansına malikdir.

Kanada və ABŞ səlahiyyətlilərindən təsdiq almış və 2025-ci ilin dekabr ayında istifadəyə verilmiş model, həmçinin virus və bakteriyaların 99,99%-ni təmizləyən xəstəxana səviyyəli filtrasiya sistemləri ilə də seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar