Londondakı Təbiət Tarixi Muzeyinin alimləri dəfn ənənəsinin bir hissəsi kimi adamyeyənliyin ən qədim dəlillərini aşkar ediblər. Bunu İngiltərənin cənub-şərqindəki Qof mağarasında tapılan 15 min il əvvələ aid kəsiklər və diş izləri olan insan sümüklərinin qalıqları göstərir.
Lent.az xəbər verir ki, bu barədə araşdırma “Quaternary Science Reviews” (QSR) elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, Şimali və Qərbi Avropada paleolit dövründə ölüləri yemək kifayət qədər geniş yayılmışdı. Üstəlik, adamyeyənlik aclıqdan deyil, o dövrdə mövcud olan mədəni ənənədən irəli gəlirdi.