Amerikalı müğənni Britni Spirs kitabını yazarkən anası Lin və bacısı Ceymi Lin Spirsə həsr olunmuş xoşagəlməz detalları xatirələrindən silib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, müğənni 13 il atasının himayəsində böyüyüb və bu müddət ərzində ona soyuq münasibət göstərən doğmalarından inciyib.
Spirs kitabı üzərində işləməyə başlayanda incidiyi doğmalarına qarşı mənfi fikirdə olduğunu bildirsə də, daha sonralar xatirələrindən pis düşüncələri silməyi bacarıb. Artıq onlara qarşı sərt fikirdə deyil. 13 ildən çox müddətə qəyyumluğuna xitam verildikdən sonra "İçimdəki qadın" adlı xatirə kitabını çap etmək qərarına gəlib.
Nəşriyyat kitabı “azadlıq, izzət, analıq, sağ qalma, inam və ümid haqqında cəsarətli və təəccüblü təsir edici hekayə” kimi xarakterizə edib.