Qışda hər kəs almanı qabıqlı yemir. Bəzi insanlar kimyəvi maddələrə görə qorxur, bəziləri isə çox sərt olduğu üçün bəyənmir. Hansı səbəbdən asılı olmayaraq çalışıb alma qabıqlarını atmayın.
Lent.az xəbər verir ki, alma qabıqlarını saxlayaraq ondan sirkə hazırlaya bilərsiniz.
Bəs, bunu necə etmək olar?
Çoxlu alma tullantıları yığılıbsa, onları bir bankaya qoymaq və bir litr su ilə doldurmaq lazımdır.
Sonra beş xörək qaşığı şəkər əlavə edin, iki həftə cuna altında dəmləyin, tərkibini bəzən taxta qaşıqla qarışdırın.
Sonda müxtəlif səthləri təmizləmək üçün istifadə edilə bilən alma sirkəsi əldə edəcəksiniz.
Qabıq dibinə batanda və suyun səthində köpük görünəndə sirkə hazır olacaq.