Sibirdə yerin 40 metr dərinliyində aşkarlanmış bir tapıntı tibb elmində böyük yeniliyə yol açıb.
Lent.az-ın “PLOS Genetics” jurnalına istinadən xəbərinə görə, nematod adı verilmiş qədim soxulcan min illərlə davam etmiş yuxusundan ayılıb.
Aparılan analizlər buzlar arasında donmuş halda tapılmış soxulcanın 46000 yaşı olduğu aydınlaşıb.
Maraqlıdır ki, o ölməyib kriptobioz- dərin yuxu vəziyyətində donub. Alimlər onu həyata qaytara biliblər.
Bu günə qədər buzlaqlar arasında kriptobioz vəziyyətdə tapılmış ən qoca çoxhüceyrəli məhz bu soxulcan sayılır.