"Ağlatmayan"  SOĞAN növü yaradıldı
14 yanvar 2022 02:16 (UTC +04:00)

"Ağlatmayan" SOĞAN növü yaradıldı

İngiltərənin “Sunions” adlı şirkət qəhvəyi rəngli, şirin soğan növünü satışa çıxaracağını açıqlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yeni növü doğrayarkən gözləri yaşartmır.   

Bu yeni növün 30 illik araşdırmalara əsaslanaraq yetişdirildiyi bildirilir. 

Satışa çıxarılacaq soğanın qiyməti isə 1. 50 funt sterlinq ( təxmini 3 manat 50 qəpik) olacaq.

# 1734
avatar

Sevinc Fərid

Oxşar yazılar