Zimbabvedə keçirilən gözəllik müsabiqəsinin qalibi ağdərili qadın olub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, yarış 22 ildən sonra ilk dəfə bu Afrika ölkəsində keçirilib. Bu ada 21 yaşlı model Bruk Bruk Cekson layiq görülüb. Noyabr ayında qız Salvadora gedəcək və Zimbabveni dünyanın ən böyük gözəllik müsabiqələrindən biri olan “Dünya gözəli”də təmsil edəcək.
Qalib kimi Cekson 10.000 dollar pul mükafatı alacaq. Bundan əlavə, o, sponsorlardan müxtəlif hədiyyələr, o cümlədən Viktoriya şəlaləsinə səyahət, iki illik pulsuz mənzillər və ən son Apple məhsulları alacaq.
Cekson qələbədən şoka düşdüyünü bildirib. Onun sözlərinə görə, o, əvvəllər heç vaxt gözəllik müsabiqələrində iştirak etməyib və model biznesini çoxdan tərk edib. O son zamanlar Zimbabvenin paytaxtı Hararedə kosmetoloq işləyirdi. Cekson uduşları necə xərcləyəcəyi barədə hələ düşünmədiyini etiraf edib.