Donald Tramp istisna olmaqla, ABŞ-ın bütün keçmiş prezidentləri kölə sahiblərinin birbaşa nəsillərindəndir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə genealoji araşdırmanın nəticələrində qeyd olunur.
Məlumatainə görə, ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter, Corc Buş, Bill Klinton, Barak Obama və hazırkı administrasiya rəhbəri Co Bayden birbaşa qul sahiblərinin nəslindəndir.
Həmçinin, ən azı 100 amerikalı qanunverici qul sahiblərinin birbaşa nəslindəndir, Konqres üzvlərinin 8 faizi Demokratlar Partiyasından və 28 faizi Respublikaçılar Partiyasındandır. Qeyd edildiyi kimi, bu qrupa Konqresin yuxarı palatasındakı respublikaçı azlıqların lideri Mitç Makkonnell, senator Lindsi Qrem (respublikaçı) və senator Elizabet Uorren (demokrat) kimi tanınmış siyasətçilər də daxildir.
Birləşmiş Ştatlarda köləliyin sonunu 16-cı prezident Abraham Linkoln (1809-1865) gətirib. 1863-cü il yanvarın 1-də o, Emansipasiya Bəyannaməsini verib. Sənəd, lakin cənub ştatlarının müqavimətinə görə, Amerika Vətəndaş Müharibəsindən (1861-1865) sonraya qədər de-fakto qüvvəyə minməyib. 1865-ci ilin dekabrında Amerika Konstitusiyasına 13-cü düzəliş qəbul edilib və bu, bütün ölkədə köləliyi faktiki olaraq ləğv edib.
1865-ci il iyunun 19-da Texas ştatında Emansipasiya Bəyannaməsi elan edilib. O, Konfederasiyanın cənub əyalətlərindən sonuncusu olub. 19 iyun Qurtuluş günü indi ölkənin 50 ştatından 47-də hər il qeyd olunur.