ABŞ-də qaranlıqda işıq saçan bitkilər satmağa başlayıblar. Onlardan küçə fənərlərinin yerinə istifadə etmək məsləhət görülür. Bu, işıq çirkləndirməsini və ətraf mühiti pis təsirlərdən qorumağı azaltmağa imkan verəcək.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Light.bio” portalının məlumatına görə, biotexniki startapın mütəxəssisləri xüsusi “işıldaböcək” petunyalar yetişdiriblər. Onların alınmasından ötrü alimlər biolüminesens göbələklərin genlərindən istifadə ediblər. Bu göbələklər bir çox tədqiqatlarda artıq çoxdan iştirak edirlər. Onlar fermentlər və kimyəvi maddələr arasında təbii reaksiyalar səbəbindən işıq saçır.
Alimlər göbələklərin genindən petuniyaların genomodifikasiyasında istifadə ediblər və nəticədə qaranlıqda parlaq yaşıl işıq verən çiçək yetişdiriblər.