Şotlandiyalı qadın 6 il ərzində işlədiyi yerdən 1,8 milyon dollar oğurlayıb və onu dəbdəbəli həyata xərcləyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şotlandiyada qadın iş yerində 1,8 milyon dollar oğurladığı üçün həbs edilib. Yayılan məlumatlara görə, 55 yaşlı Kolin Myurhed 6 il iş yerindən pul oğurlayıb, onu tətilə, avtomobil və bahalı əşyalar almağa xərcləyib. Şotlandiyalı qadının cinayəti aşkarlananda o, həmkarına məktub yazıb və əməli barədə məlumat verib.
Məktubun mətnində deyilir: “Xahiş edirəm, mənim haqqımda pis düşünməyin”.
Kollin məhkəmədə günahını etiraf edib və şirkətin pullarını köçürdüyü saxta hesablar yaratdığını bildirib. Qadının peşmanlığını nəzərə alaraq məhkəmə onu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.