36 ildir hər səhər  "McDonald's"da  YEMƏK YEYİR   - 100 yaşı var
09 fevral 2024 17:59 (UTC +04:00)

36 ildir hər səhər "McDonald's"da YEMƏK YEYİR - 100 yaşı var

36 yaşlı kişi hər səhər "McDonald's"da səhər yeməyi yeyib və indi 100 yaşı var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Qərbi Virciniya ştatının sakini Zan Uayt 100 illik yubileyini "McDonald's" restoranında qeyd edib.

Həmin şəxs 1924-cü ildə anadan olub və İkinci Dünya Müharibəsi illərində orduda xidmət edib, radarların təmiri ilə məşğul olub. Təqaüdə çıxanda, adı "Restoranda nahar edən pensiyaçılar" ifadəsini kodlayan ROMEO klubuna qoşulub. 36 ildir ki, 100 yaşlı kişi dostları ilə hər səhər "McDonald's"da səhər yeməyi yeyiblər. Demək olar ki, bu yeməyi bir gün belə qaçırmayıblar.

Uayt etiraf edib ki, 100 yaşına qədər necə yaşaya bildiyini bilmir. Bununla belə, bu yaşda olsa da, "fast food"dan imtina etmək istəmir. "Mən 36 ildir ki, bura gəlirəm - indi dayana bilmirəm", - yaşlı kişi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4563
avatar

Fidan İlqar

Oxşar yazılar