36 ildən  sonra ailəsinə QOVUŞDU
28 dekabr 2023 15:11 (UTC +04:00)

36 ildən sonra ailəsinə QOVUŞDU

Kislovodskda ailə 36 ildən sonra yenidən bir araya gələ bilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, könüllü fəallar terapevtik şöbəyə yerləşdirilən yaşlı qadından xəbər tutublar. Onun qohumları və yaşamağa yeri olmayıb, ona görə də nənəni sığınacağa aparmaq qərara alınıb.

Könüllülər təqaüdçünü lentə alaraq onun hekayəsini sosial şəbəkələrdə yerləşdiriblər. Bir gün sonra onlara Qazaxıstandan bir sakin zəng edib və o, bu nənəni anası kimi tanıyıb. Qadının dediyinə görə, 36 ildir ki, anasını axtarır. 1987-ci ildə təqaüdçü Astanada işləmək üçün gedib və bir daha geri qayıtmayıb.

Nənə Qazaxıstana gəlib və burada onu sevən uşaqlar qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444
avatar

Oxşar yazılar