21-ci əsrin xəstəliyi - NOMOFOBİYA
13 sentyabr 2022 19:59 (UTC +04:00)

21-ci əsrin xəstəliyi - NOMOFOBİYA

Həkimlər telefonu 21-ci əsrin təhlükəsi adlandırıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, statistikaya görə, inkişaf etmiş sivilizasiyaya malik ölkələrdə planetin hər yeddinci sakini bu xəstəlikdən əziyyət çəkir.

Həkimlər 21-ci əsrdə “nomofobiya” adlı yeni xəstəlik yarandığını bildirib.

Onun mahiyyəti ondan ibarətdir ki, insan gadgetsız həyatın mənasını görmür. Nomofobiya əl telefonsuz qalmağın obsesif qorxusudur.

Bundan əvvəl amerikalı alimlər sübut etmişdilər ki, insanların təxminən 66%-i bu qorxuya məruz qalır. Kişilər bundan daha çox təsirlənir.

Xəstəliyin simptomları isə belədir:

Mobil telefonunuzu tapa bilmədiyiniz anda həyəcan və çaxnaşma hissi;

Telefon olmadan əllərdə titrəmə, narahatlıq və qorxu;

Qəzəb, isteriya, çaxnaşma və başgicəllənmə, telefon itirildikdə sürətli ürək döyüntüsü;

Gadgetın daimi yoxlanılması;

Telefon və şarj cihazı hər zaman yanında olan;

Üstəlik, bu xəstəlik artıq narkomaniya, alkoqolizm və qumar oyunlarına bənzər bir asılılıq kimi tanınıb. Asılı insanlara kömək etmək üçün bəzi mərkəzlərdə bu xəstəlik artıq reabilitasiya proqramlarının siyahısına daxil edilmişdir. Çünki bu fobiya ciddi bir ruhi xəstəliyə çevrilə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Fidan İlqar

Oxşar yazılar