2000 il əvvəl inşa edilmiş Roma yük gəmisinin qalıqları Romanın şimal-qərbindəki limanın yaxınlığında tapılıb.
Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb
Uzunluğu 20 metrdən çox olan gəmi dənizin 160 metr dərinliyində qumlu ərazidə tapılıb. Gəminin əla vəziyyətdə yüzlərlə keramika amfora ilə dolu olduğu ortaya çıxıb.
Keramikanın fotoşəkilləri məsafədə idarə olunan robotla çəkilib. Qiymətli yük hələ ki, quruya çıxarılmayıb.
Roma amforaları yağ, şərab və ya sous kimi malları daşımaq üçün istifadə olunurdu. Bu gəmidə konkret olaraq nələrin daşındığı hələ məlum deyil.